20 fev 19:30region

Lvovda “Xocalı Soyqrımı“ kitabının təqdimat mərasimi olub - Ukrayna dilində

Lvovda “Xocalı Soyqrımı“ kitabının təqdimat mərasimi olub - Ukrayna dilindəLvov şəhərində Ukrayna dilində dərc olunmuş “Xocalı Soyqrımı “kitabının təqdimat mərasimi olub .

Birləşmiş Lvov Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Lvov vilayətinin rəsmi nümayəndələri, şəhər radasının deputatları, elm və mədəniyyət xadimləri, hərbiçi ekspertlər, diaspora və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbirdə yazıçı, publisist, Azərbaycan yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin Ukrayna dilinə tərcümə olunmuş Xocalı Soyqrımı kitabı mərasim iştirakçılarına təqdimatı olunub. Tarixi faktlara əsaslanan kitabda ermənilərin son iki əsrdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq və soyqrım siyasətindən, 27 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində həyata keçirtdikləri vəhşiliklərdən bəhs olunur.
Lvovda “Xocalı Soyqrımı“ kitabının təqdimat mərasimi olub - Ukrayna dilində
Tədbirdə Lvov Politexnik Universitetinin prorektoru Oleq Matviykiv çıxış edərək,Ukrayna və Azərbaycan xalqının tarix boyu dövlət müstəqilliyi uğrunda mücadilə apardıqlarını və bu yolda amansız haqsızlıqlarla üzləşdiklərini vurğulayıb. Məhz bu kitabdada, zaman –zaman rus imperiyasının dəstəyi ilə ermənilərin Azərbaycanda həyata keçirtdikləri seperatizm və işğalçılıq siyasətinin xarici mənbələrə əsaslanaraq yazılmasını təqdirəlayiq hal kimi dəyərləndirib . Kitabda qeyd olunduğu kimi ermənilərin, Xocalı şəhərində, dinc əhaliyə, xüsusən də uşaqlara,qadınlara və yaşlı insanlara qarşı törətdikləri amansızlıqları bəşəri cinayət adlandırıb. Ermənilərin son iki əsrdə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Lvov Birləşmiş Azərbaycanlılrı Konqresinin sədri Teymur Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Lvov vilayət təşkilatınn sədri Şəhriyar Məhərrəmov və digər şəxslər 27 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində Azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə dünya birliyi tərəfindən hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.
Lvovda “Xocalı Soyqrımı“ kitabının təqdimat mərasimi olub - Ukrayna dilində
Tədbirdə Xocalı qətliamının ilk şahidlərindən biri olan, ukraynalı pilot Leonid Kraveç çıxış edərək,Xocalı soyqrımını dünyada insanlığa qarşı həyata keçirilmiş qəddarlıq və faşizm nümunəsi adlandırıb. Müzakirələrə qoşulan YUNESKO yanında Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əmkdar jurnalisti Vasil Tarçineç, hərbiçi ekspert, General palkovnik İvan Ploxotnyuk Xocalı faciəni törədənlərin ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildiriblər.

Tədbir Lvov Vilayət televiziyalarında və KİV-də geniş işıqlandırılıb .
Lvovda “Xocalı Soyqrımı“ kitabının təqdimat mərasimi olub - Ukrayna dilində

Asdan Aslanov
Avrasiya.net-in Ukrayna üzrə foto-müxbiri
XƏBƏR LENTİ
SORĞU