20 fev 12:48region

ABŞ-dan Ərdoğana GİZLİ ZƏNG

ABŞ-dan Ərdoğana GİZLİ ZƏNGABŞ prezidentinin köməkçisi Mayk Pens gizli şəkildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Publika.az xəbər verir ki, Pensin türk liderə Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaq fikrindən ABŞ-ın xeyrinə daşındırmaq üçün zəng vurduğu iddia olunub.

Mərkəzi Londonda yerləşən “Middle East Eye” saytının məlumatına görə, Ərdoğan bu təklifdən təsirlənməyib. Adının açıqlanmasını istəməyən türk rəsmilərinin sözlərinə görə, Pens ötən həftə Ərdoğandan Moskva ilə əldə edilən razılaşmanın ləğv olunmasını istəyib. Bundan başqa, Ərdoğana ABŞ prezidentinin salamını çatdırıb. Türkiyənin S-400-lərə alternativ olaraq “Patriot” sistemləri almasını istəyən prezident köməkçisi razılaşmanın hələ də masada olduğunu da xatırladıb.

Lakin Türkiyə prezidenti amerikalı diplomata Moskva ilə əldə olunmuş razılaşmanın geri qaytarılmayacaq nöqtədə olduğunu deyib. Prezident bildirib ki, “Patriot” sistemləri Türkiyə üçün bu üç özəlliyə görə əlverişli deyil: vaxtında təhvil verilməsi, ortaq istehsal və texnoloji transfer.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması ABŞ başda olmaqla, bütün NATO ölkələrini narahat edir. Səbəb isə sistemin NATO-nun sursatları ilə uyğunlaşmamasıdır.
XƏBƏR LENTİ
SORĞU