20 fev 08:14region

İran generalı: “Səudiyyə Ərəbistanı dünyada və bölgədə şərin ürəyidir”

İran generalı: “Səudiyyə Ərəbistanı dünyada və bölgədə şərin ürəyidir”“Səudiyyə Ərəbistanı dünyada və bölgədə şərin ürəyidir”.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə İran İslam Keşikçiləri Korpusunun komandanının müavini, briqada generalı Hüseyn Salam bəyan edib.

“İİKK-nun quru qoşunlarının əsgərləri ABŞ, sionist rejim (İsrail) və ərəblərin timsalında şər üçbücağına qarşı savaşır. Bu gün Səudiyyə Ərəbistanı da bu şərin ürəyidir”,- deyə o təkrarlayıb.

Onun sözlərinə görə, düşmənlər İran xalqının öz inkişafını davam etdirdiyi üçün məyusluq hissi keçirirlər.

“Bizim dünya dövlətlərinə qalib gəlməklə bağlı planlarımız var və qoşunlarımız yalnız bir bəndlə kifayətlənməyəcək”,-deyə Hüseyn Salam bildirib.

Qeyd edək ki, bundan daha öncə İranın başqa bir tümən generalı Əli Cəfəri İsfahanda Sistan və Bəlucistan vilayətlərindəki terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərək “bölgənin iki muzdlu dövləti” adlandırdığı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İranın cənubi-şərqində 6 bu cür aktı planladıqlarını və bununla region xalqlarını təhlükəsizlikdən məhrum etmək istədiyini söyləyib.

General Ə.Cəfəri İranın əvvəlki dövrlərdə olduğu kimi sakit qalmayacağını da vurğulayıb: “Qoy Səudiyyə Ərəbistanının və BƏƏ-nin satqın hökumətləri İranın səbrinin sonunun gəldiyini bilsinlər və İslam Respublikasının bundan sonra onların terror qruplarını dətəkləməsinə göz yummayacağına əmin olsunlar”.
loading...
XƏBƏR LENTİ
SORĞU