15 fev 17:39region

Moskvada azərbaycanlının meyiti tapıldı

Moskvada azərbaycanlının meyiti tapıldıMoskvada Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib.

Report xəbər verir ki, hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər "BMV X6" markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan şəxs – təqribən 45 yaşlı azərbaycanlı həyatını itirib.

Hazırda hüquq-mühafizə orqanları qatillərin hadisə yerindən uzaqlaşdığı avtomobili axtarır, həmçinin bu insidenlə fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi dava arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırırlar.

***

Rusiyanın paytaxtı Moskva şəhərinin Vixino rayonunda ərzaq mağazasının qarşısında Azərbaycan vətəndaşı, 1966-cı il təvəllüdlü Orucov Qaribin meyiti tapılıb.

Məlumata görə, ölüm hadisəsinin dünən gecə azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən qaynaqlandığı bildirilir.

Qeyd edək ki, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14-ü saat 23:00 radələrində atışma baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen "Neolit" kafesinə hücüm edib. Hadisənin səbəbi Azərbaycan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq Azərbaycan xalqından üzr istədilməsidir.
XƏBƏR LENTİ
SORĞU