04 fev 11:52region

Poroşenko MSK-ya arxa qapıdan gəldi

Poroşenko MSK-ya arxa qapıdan gəldiUkrayna Prezidenti Pyotr Poroşenkonun MSK binasına sənədləri təqdim etmək üçün arxa qapıdan daxil olması sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə tuş gəlib.

Axar.az xəbər verir ki, Poroşenkonun MSK-ya gəlişi sırasında binanın qarşısında aksiya təşkil olunub.

Aksiyaçılar prezidentə Ukraynada öldürülən jurnalist Qandzyuk barədə müraciət hazırlayıb. Məhz bu səbəbdən də aksiyaçılarla qarşılaşmaq istəməyən Poroşenko binaya əsas giriş əvəzinə arxa qapıdan daxil olub.

Prezidentin bu cür davranmasına sosial şəbəkə istifadəçiləri özünəməxsus reaksiya göstərib:

“Poroşenko – cəsur və qərarlı prezidentdir. Namizədlər arasında Putinə qarşı dura biləcək yeganə şəxsdir! İgid! Poroşenko sənədləri arxa qapıdan gətirdi ki, jurnalist barədə suallara cavab verməsin? Yaşasın igidlər!” - bloger Dmitri Bulax yazıb.

Digər bir istifadəçi Sergey Qayday də məsələyə olduqca kəskin reaksiya verib:

“Öz yolu var. Arxa girişdən qeydiyyatdan keçib. Arxa gedişdən seçki kampaniyası aparacaq. Arxa qapıdan seçicilərə pul gətiriləcək. Arxa qapıdan MSK səsləri sayacaq. Arxa qapıda prezident elan ediləcək”.

Ümumilikdə isə sosial şəbəkə istifadəçiləri hazırkı prezidentin əhalinin qarşısına çıxmamasını onun xalqa münasibətinin nümunəsi kimi qiymətləndirib.
loading...
XƏBƏR LENTİ
SORĞU