30 yan 17:39region

Rusiyada sevgilisi ilə görüşə bilməyən məhbus ağzını tikdi - FOTO

Rusiyada sevgilisi ilə görüşə bilməyən məhbus ağzını tikdi - FOTORusiyanın Çelyabinsk şəhərində həbsxanada məhbus öz ağzını tikib.

Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, buna səbəb məhbus Nikolay Jidkova sevgilisi ilə görüş imkanının verilməməsi olub.

Qadın Soçidən Nikolyala görüşmək üçün Çelyabinskə gəlib. Lakin həbsxananın rəisi Jidkova qadınla görüşməyə icazə verməyib. Məhbus etirazını bildirdikdən sonra, mənbənin qeyd etdiyinə görə, həbsxana əməkdaşları tərəfindən döyülüb.

Bundan sonra Nikolay Jidkov aclıq elan edib və öz ağzını tikib.
XƏBƏR LENTİ
SORĞU