29 yan 11:17region

Sabiq deputatın Yerevandakı restoranında silahlı insident

Sabiq deputatın Yerevandakı restoranında silahlı insidentYerevanda yerləşən və Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyana məxsus “Partez” restoranında silahlı insident baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsident zamanı “Makarov” və “TT” markalı tapançalardan atəş açılıb. Hadisənin təfərrüatı məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU