28 yan 14:35region

Əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün ağır nəticələnə bilər

Əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün ağır nəticələnə bilərErmənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir.

Trend-in məlumatına görə, bunu erməni ekspert Armen Ayvazyan deyib.

O bildirib ki, Silahlı Qüvvələrin real ehtiyatının olmaması bir çox mütəxəssislərdə narahatlıq doğurur, lakin problemin həlli üçün hakimiyyətin hər hansı fəaliyyəti müşahidə olunmur:

"Uzunmüddətli müharibədə Azərbaycan qarşısında davam gətirə bilmək üçün peşəkar ehtiyat hissələr yaratmaq lazımdır".

A.Ayvazyan qeyd edib ki, əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər:

"Anlamaq lazımdır ki, döyüş fəaliyyətinin bərpası ilə bağlı təhlükə hər an var".
XƏBƏR LENTİ
SORĞU