26 yan 09:49region

ABŞ və Rusiya razılaşdı: Türk ordusu hərəkətə keçir

ABŞ və Rusiya razılaşdı: Türk ordusu hərəkətə keçirTürkiyə PKK və İŞİD-i məhv etməkdə israrlıdır. Görünən də odur ki, bu məsələdə Türkiyə ABŞ və Rusiya ilə anlaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Türkiyə və Rusiya arasında Suriya bağlı müzakirələr davam edir:

“İdlib, PKK, YPG, PYD mövzusunda Türkiyə ilə Rusiya arasında artıq anlaşma mövcuddur. Ötən gün Ərdoğanla Putinin çox səmərəli və mehriban görüşü oldu. Putin Türkiyənin PKK mövzusunda həssaslığını anlayışla qəbul edir. Demək olar ki, ABŞ da, Rusiya da Türkiyənin Menbiç əməliyyatına razılıq verib, daha doğrusu, bununla barışıb. Fikrimcə, Türkiyə bu yaxınlarda Menbiçdə hərbi əməliyyata başlayacaq”.

Politoloq qeyd edib ki, Türkiyə və Rusiya Suriya mövzusunda bir çox məsələlərdə ortaq mövqedən çıxış edir:

“Lakin Türkiyə-Rusiya münasibətləri təkcə Suriya mövzusu ilə sərhədlənmir. Putin Ərdoğana Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu üçün təşəkkür etdi. Keçən il ən çox rus turistlərinin türk sahillərinə axını olub. Türk Axını projesi də geniş həcmdə davam edir. Yəni Türkiyə-Rusiya münasibətləri bir çox sahələrdə yüksək səviyyədə inkişaf etməkdədir”.

Politoloq bildirib ki, Suriyadakı vəziyyət ağır olaraq qalmaqdadır:

“Buradakı problemlərin həlli təkcə Türkiyə və Rusiyadan asılı deyil. Əsəd rejimi, PKK və İŞİD tam məhv olmayana qədər Şamda vəziyyət ağır olaraq qalacaq”.
XƏBƏR LENTİ
SORĞU