25 yan 09:12region

Türkiyədə dəhşətli zəlzələ olacaq

Türkiyədə dəhşətli zəlzələ olacaqYaxın 5 ildə Mərmərə bölgəsində 7,5 bal gücündə zəlzələ baş verəcək.

Axar.az xəbər verir ki, bu barədə geofizika üzrə mütəxəssis, professor Övgün Məhməd Ərcan deyib. O bildirib ki, dünən Mərmərə yaxınlığında baş verən 5,1 ballıq zəlzələ yaxın illərdə daha böyük zəlzələnin olacağının göstəricisidir:

“Bugünki zəlzələ Afrika struktur kəmərində yer alır. Türkiyənin ən böyük və ən dərin zəlzələləri bu bölgədə baş verir. Hazırki zəlzələ sahildən 80 km məsafədə olmasına baxmayaraq, ölkədə hiss edilib. Bu bölgəni daha böyük zəlzələlər gözləyir. 7,7 ballıq zəlzələ baş versə, təəccüblü olmaz”.

Qeyd edək ki, ötən gün Mərmərə sahillərində 5,1 ballıq zəlzələ qeydə alınıb.
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU