23 yan 11:18region

Paşinyan Davosdan əliboş qayıdacaq

Paşinyan Davosdan əliboş qayıdacaqErmənistanın Baş naziri Nikol Paşinyan Davosa xarici təşkilat və xeyriyyə cəmiyyətlərindən pul dilənmək üçün gedir.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bu mənada Paşinyanın Davosdan əliboş qayıdacağını düşünür:

“Davos İqtisadi Forumuna inkişaf etmiş və dünya iqtisadiyyatına müəyyən töhfələr verən ölkələr qatılır. Azərbaycan böyük iqtisadi layihələrin müəllifi kimi tam hüquqla bu foruma qatılır və orada öz təcrübəsini təqdim etməklə yanaşı, müəyyən dövlətlərlə danışıqlar apararaq, yeni investisiya layihələrinin gerçəkləşdirilməsinə nail olur. Ancaq Ermənistanın belə bir perspektivi yoxdur. Ermənistan geridə qalmış iqtisadiyyat və boş büdcə ilə Davos İqtisadi Forumunda çıxış edə və hər hansı xarici investisiya cəlb edə bilməz. Əvvəla, bunun üçün Ermənistanın əlverişli maliyyə mühiti yoxdur. Üstəlik, Ermənistan qonşu dövlətə qarşı ərazi iddiaları ilə təcavüzkar müharibə aparır. Bu müharibə isə hələ başa çatmayıb. Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistanla yeni müharibə başlada bilər. Bu baxımdan da Paşinyan Davosa xarici təşkilat və xeyriyyə cəmiyyətlərindən pul dilənmək üçün getsə də, oradan əliboş qayıdacaq”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu öz işinə başlayıb. Foruma 110 ölkədən 3 mindən çox iştirakçı qatılıb.
XƏBƏR LENTİ
SORĞU