21 yan 08:24region

ABŞ-dan İrana:"Girovları azad edin"

ABŞ-dan İrana:"Girovları azad edin"İran həbsdə olan amerikalıları azadlığa buraxmalıdır.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter mikrobloqunda yazıb.

“Ayətullah Xamenei, Prezident Həsən Ruhani və Xarici İşlər naziri Cavad Zərif girovlara qarşı terror kampaniyasını dayandırmalı və 40 il əvvəl 52 amerikalı diplomatın azad edilməsinin ildönümünü qeyd etməlidir. İran hökuməti dərhal Boba Levinsonu, Siyue Vanı, Namazini, eləcə də digər girovları azad etməlidir”, – deyə Pompeo qeyd edib.

Qeyd edək ki, adları çəkilən amerikalı diplomatlar bir zamanlar İranda müxtəlif sahələrdə çalışıblar və hökumət tərəfindən casusluqda ittiham edilərək həbs ediliblər. (Axar.az)
XƏBƏR LENTİ
SORĞU