16 yan 21:18region

Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə tutuldu

Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə tutulduGürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

“Report”un verdiyi xəbərə görə, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb
XƏBƏR LENTİ
SORĞU