16 yan 12:47region

Paşinyan Qarabağ mövqeyindən geri çəkilir – Erməni deputat

Paşinyan Qarabağ mövqeyindən geri çəkilir – Erməni deputatErmənistanın baş naziri Nikol Paşinyan daha əvvəl də bildirib ki, Qarabağ danışıqlarını Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin mövqeyindən yox, Ermənistanın xüsusi mövqeyindən aparacaq.

Publika.az xəbər verir ki, bu barədə “Mənim addımım” blokundan seçilən deputat Ruben Rubinyan deyib.

Rubinyan bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində nail olunmuş razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmağa davam edir.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyanın Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Tərəflər arasında razılaşma belə idi ki, təmas xəttində silahlı toqquşmalar aradan qaldırılsın. Bunun nəticəsində İrəvanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verir”, - deyə o bildirib.

Erməni deputat ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvanda olarkən Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasına münasibət bildirməkdən imtina edib.
XƏBƏR LENTİ
SORĞU