09 yan 10:33region

Donuz qripindən ölənlərin sayı artdı

Donuz qripindən ölənlərin sayı artdıGürcüstanda donuz qripindən ölənlərin sayı son ayda 13 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Rustavi 2” televiziyası yayıb. Məlumata görə, H1N1 virusunun yayılmasıyla əlaqədar bütün böyük klinikalarda karantin elan edilib və tibb müəssisələri fövqəladə rejimdə çalışmağa başlayıb. Hazırda 162 nəfərin bu virusa yoluxması laboratoriyada təsdiqlənib.

Sosial şəbəkə istifadəçiləri isə təcili tibbi yardım briqadalarının bütün çağırışlara gecikdiyi və ya heç gəlmədiyini iddia ediblər. Həyəcana başqa bir səbəb isə ölkə apteklərindən virus əleyhinə populyar dərmanlardan birinin yoxa çıxması olub.
XƏBƏR LENTİ
Dünən, 16:07
SORĞU