08 yan 12:22region

İrəvan rayonları qaytaracaq, Moskva zəmanət verəcək - Arkov

İrəvan rayonları qaytaracaq, Moskva zəmanət verəcək - ArkovAzərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruhi baxımdan yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında “Polit RUS” ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib. Onun sözlərinə görə, Moskva və Ankara Bakının 2015-ci ildə baş verən faciəvi Su-24 insidentindən sonra iki böyük qonşusunu barışdırmaqda göstərdiyi səyləri dəyərləndirir və xatırlayır:

“Moskva üçün başlıca hədəf Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Bakıya Qarabağ konfliktinin sülh yoluyla həllinə yardım etməkdir. Bugünkü gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır”.

Arkov əmindir ki, bu aspektdə Rusiya və Türkiyə Ermənistana atəşkəs xəttinin “Dağlıq Qarabağ” sərhədinə köçürülməsindən sonra Azərbaycan ərazi konfliktinin hərbi həllinə cəhd göstərməyəcəyinə dair zəmanət verə bilər:

“Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ”la Azərbaycan arasındakı yeni sərhəddə daxili perimetr boyunca yerləşdirilməsi məsələsinin də tədqiqi mümkündür. Məncə, analoji formada Azərbaycan tərəfindən türkiyəli sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur”.
XƏBƏR LENTİ
SORĞU