07 yan 14:42region

Erməniləri qorxudan rəqəm - Azərbaycanın Türkiyədən aldığı silahlar

Erməniləri qorxudan rəqəm - Azərbaycanın Türkiyədən aldığı silahlarÖtən 63 milyon 409 min dollarlıq müdafiə məhsulları əldə edilib.

Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahları artırıb. Türkiyə İxracatçılar Birliyinin məlumatına görə, 2018-ci ilin dekabr ayında 2017-ci illə müqayisədə 24,9 faiz çoxalıb. Bu isə 253 milyon 496 min dollar deməkdir. İl sonunda sektorun 1 milyard 739 milyon 453 dollar olan ixrac rekordu da yenilənib. İndi rekord 2 milyard 35 milyon 334 min dollardır.

Türkiyə müdafiə və aviasiya məhsullarının silahlarının ən böyük alıcısı ABŞ olub. Artım ötən il 5 faiz olub (726 milyon 66 min dollar). İkinci pillədə Almaniya qərarlaşıb (226 milyon 119 min dollar). İlk üçlüyü isə 83 milyon 455 min dollarla Qətər qapayır.

Azərbaycan da 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 86 faiz artırıb. Söhbət 63 milyon 409 min dollardan gedir.

Növbəti yerlərdə isə İngiltərə (53 milyon 299 min), Polşa (51 milyon 531 min), Fransa (46 milyon 80 min) və s ölkələr yer alıb.
XƏBƏR LENTİ
SORĞU