07 yan 10:59region

Anasının nişanladığı qız yoxa çıxdı - 4 gündür xəbər yoxdur

Anasının nişanladığı qız yoxa çıxdı - 4 gündür xəbər yoxdurQızım məni izləyirsə, evinə qayıtsın.

Türkiyənin Adana şəhərində dayısının 14 yaşlı oğlu ilə, bir ildən sonra isə bibisinin 17 yaşlı nəvəsi ilə nişanlandırılan 17 yaşlı gənc qızdan 4 gündür xəbər yoxdur.

AzNews.az xəbər verir ki, hadisə Seyhan bölgəsinin Gürselpaşa məhəlləsində baş verib.

İddiaya görə 3 yanvar günü məktəbdən çıxaraq evə yollanan peşə məktəbinin 2-ci kurs tələbəsi 17 yaşlı G.H-dən ailəsi bir daha xəbər ala bilməyib. Onun 40 yaşlı anası Gülay və 45 yaşlı atası Mehmet Hançer polisə gedərək qızlarının tapılması üçün müraciət edib.

Gülay Hançer qızının həyatından narahat olduğunu deyib. “Qızımı 2016-cı ildə (16 yaşında) qardaşımın 14 yaşlı oğlu ilə nişanlandırdıq. Bir müddət sonra qardaşım oğlunun yaşı kiçik olduğu üçün qızımı istəmədi. Ondan sonra da 2017-ci ildə qızımı bibimin nəvəsi ilə nişanlandırdıq.

Qızım əvvəl də evdən qaçmışdı, ancaq qaçdığı oğlanı tapıb dərhal evə gətirdik. Bu dəfə isə aradan 4 gün keçib, qızım hələ də tapılmayıb. Onun həyatından narahatam. Qızım yaşasaydı, mütləq onu tapardıq. Onun öldürülüb bir yerə atılmasından qorxuram. Qızım məni izləyirsə, evinə qayıtsın. Onu çox sevirik” –deyərək göz yaşlarına boğulub.

Ailə və polis hər yerdə 17 yaşlı qızı arıyır.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU