06 yan 12:36region

Rusiya-İran gərginliyi başlayır: Türkiyəyə yeni maneə

Rusiya-İran gərginliyi başlayır: Türkiyəyə yeni maneəHər kəs ola biləcək İran-ABŞ, İran-İsrail müharibəsindən danışır, amma İran-Rusiya narazılığından söz açmır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, İran və Rusiya rejimə dəstək adı ilə Suriyanı işğal edən ölkələrdir:

“Suriyada müharibənin bu qədər uzanmasının, çox sayda təlafatların yeganə səbəbkarı Rusiya ilə İrandır. İranın ABŞ və ya İsraillə müharibə edəcəyini heç düşünmürəm. Əksinə İran, müttəfiqi Rusiya ilə problem yaşaya bilər. İsrail Rusiyadan İranın Suriyadan çıxmasını tələb edir. Rusiya da, Əsəd də İranın Suriyadan çıxmasına pozitiv baxır. Çünki Suriyadan İranın getməsi Rusiyanın maraqlarına cavab verir. Bu olan halda Suriyada Rusiya-ABŞ, Rusiya-İsrail toqquşması minimuma endirilir. Üstəlik də Suriyanın böyük hissəsi tək Rusiyanın nəzarətinə keçir. Diktator Bəşər Əsədin özü də İranın Suriyadan getməsini istəyir. Amma məsələ ondadır ki, Bəşər Əsədin kiçik qardaşı Mahir Əsəd Suriyada İranın bir nömrəli adamıdır. Mahir Əsəd isə böyük qardaşı və Prezident Bəşər Əsədin bu istəyinin qəti əleyhinədir. Rusiya və İran Əsəd ailəsini iki yerə bölüb. Ona görə bu il Rusiya-İran münasibətlərinə zərər dəyə bilər”.

Politoloq vurğulayıb ki, xarici dövlətlər arasında Suriya müharibəsində ən böyük itki verən İran oldu:

“Buna rəğmən Suriyada artıq İran öz mövqelərini Türkiyə və Rusiyaya verməkdədir. Türkiyə və Rusiya Suriya danışıqlarında İranı demək olar ki, kənarda saxlayıb. Təbii, bu cür gedişat İranı məmnun etmir. Bu baxımdan 2019-cu il Rusiya-İran münasibətlərinin kəskinləşməsi ilə yadda qala bilər. Amma Türkiyənin regionda gücləndiyi vaxtda İran dünya güclərinə Ankaraya alternativ kimi də lazımdır”.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU