19 dek 10:10region

ABŞ Türkiyəyə “Patriot” satmağa razı oldu – Fantastik qiymətə

ABŞ Türkiyəyə “Patriot” satmağa razı oldu – Fantastik qiymətəABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsi yayıb. Məlumata görə, Vaşinqton 80 idarə olunan Patriot MİM-104E raketinin, 60 PAC-3 raketinin, eləcə də bunlarla bağlı olan avandalıqların Ankaraya satışına izn verib. Türkiyə həmçinin ABŞ-dan 4 ədəd AN/MPQ-65 radiolokasiya stansiyası, 20 M903 avtonom buraxılış qurğusu, 4 ədəd zəbtetmə stansiyası da sifariş verib.

İdarə bu razılaşmanın icrasının ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyinə cavab verdiyini, həmçinin terrorizmlə mübarizədə ABŞ-ın müttəfiqinin təhlükəsizliyini artıracağını bildirib.

Qeyd edək ki, bu, son qərar deyil. ABŞ Prezident Administrasiyası Türkiyəyə “Patriot”ların verilməsiylə bağlı artıq ABŞ Konqresini məlumatlandırıb. Konqres 30 gün ərzində hərbi razılaşmanı analiz edərək, onun haqqında yekun qərarını verməlidir.
XƏBƏR LENTİ
SORĞU