16 dek 13:19region

Gürcü müxalifəti aksiyaya hazırlaşır: Polis yolları bağladı

Gürcü müxalifəti aksiyaya hazırlaşır: Polis yolları bağladıGürcüstan müxalifəti Prezident Salome Zurabişvilinin andiçmə mərasimi zamanı keçiriləcək etiraz aksiyası hazırlıqlarına başlayıb.

Axar.az xəbər verir ki, "Güc birlikdədir" müxalifət birləşməsi və tərəfdarlarının olduğu onlarla maşın paytaxt Tiflisdən Telavi istiqamətində yola düşüb.

Dinc aksiya planlaşdırdığını əvvəlcədən elan edən müxalifətin əsas tələbi növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. Gürcü hökuməti müxalifətin qarşısını almaq məqsədilə Telaviyə gedən ən qısa yolları bağlayıb, müxalifətin bəyanat səsləndirəcəyi meydana giriş dayandırılıb.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU