14 dek 10:48region

Türkiyə Suriyaya deyil, İraqa hücum edib - terror mütəxəssisi

Türkiyə Suriyaya deyil, İraqa hücum edib - terror mütəxəssisiAbdullah Ağar Karacak dağının harada yerləşməsindən yazıb.

Türk Silahlı Qüvvələri dünən İraqın şimalında yerləşən Sanar və Karacak dağı bölgəsindəki terroristlərə hava hücumu təşkil edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı terroristlərə aid sığınacaq, mağara, tunel və anbarlar hədəfə alınıb. Həmin hava hücumunun dəqiq yerini isə terror mütəxəssisi Abdullah Ağar tvitter səhifəsində yazıb:

“Dünən TSQ-nin hava hücumu ilə vurduğu Karacak dağı Suriyadakı Karaçok dağı deyil. Karacak İraqda, Mahmurun şimalında, Türkiyəyə 170-180 km uzaqlıqdadır. Türkiyə bu hücumla ilk dəfə bu qədər dərinə gedib. Dağ Mosul-Kərkük arasındadır”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU