13 dek 09:51region

ABŞ İrana qarşı koalisiya yaradır - Pompeo

ABŞ İrana qarşı koalisiya yaradır - PompeoƏgər Avropa Birliyi İrana qarşı ABŞ sanksiyalarını pozsa, o zaman ABŞ tədbirlər görə bilər.

Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Bu sanksiyalarda bir sıra istisnalar var. Əgər AB-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o bildirib.

O, dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb:

“Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi ilə koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”.
XƏBƏR LENTİ
SORĞU