07 dek 06:57region

Azərbaycanlı qız "Kamçatka gözəli" oldu - Foto

Azərbaycanlı qız "Kamçatka gözəli" oldu - FotoRusiyada "Kamçatka diyarının etnik gözəli 2018” ilk gözəllik müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, müxtəlif etnosları təmsil edən 14 nəfərin iştirak etdiyi müsabiqədə azərbaycanlı Ruqiyyə Mustafayeva qalib gəlib.

Müsabiqədə ikinci yeri yakut Aleksandra İvançenko, üçüncü yeri çukotkalı Karina Yetaurgina tutub.

Müsabiqədə qırğız, even, buryat, koreyalı və digər etnos nümayəndələri iştirak edib.
XƏBƏR LENTİ
SORĞU