29 noy 07:23region

Əflatun Amaşov İrəvanda Göy Məsciddə - FOTOLAR

Əflatun Amaşov İrəvanda Göy Məsciddə - FOTOLARErmənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib.

Noyabrın 29-dək davam edən sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.

QDİƏT-in Parlament Məclisinin 52-ci sessiyasında Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib.

Avrasiya.net-in məlumatına görə, Yerevan səfərindən istifadə edən Əflatun Amaşov bu qədim tarixi torpağımızda yerləşən Göy Məscidə baş çəkib. Onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev müşayiət edib.
Əflatun Amaşov İrəvanda Göy Məsciddə - FOTOLAR
Əflatun Amaşov məscidin bugünkü durumunu əks etdirən fotoları sosial şəbəkədə də paylaşıb.

Qeyd edək ki, Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edili.

Göy Məscid hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir...
Əflatun Amaşov İrəvanda Göy Məsciddə - FOTOLAR
loading...
XƏBƏR LENTİ
SORĞU