29 noy 07:13region

Saakaşvilinin aksiya çağırışına Vaşadzedən cavab

Saakaşvilinin aksiya çağırışına Vaşadzedən cavabBirləşmiş müxalifət öz planlarını elan etməyənə qədər Mixail Saakaşvilinin aksiyalarla bağlı çağırışı bir şəxsin şəxsi fikri olaraq qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda birləşmiş müxalifətin vahid namizədi olan Qriqol Vaşadze deyib.

“Kollektiv qəbul olunmayan və bizim seçki qərargahımızdakı bu kürsüdən elan edilməyən bütün fikirlər bir şəxsin fikri olaraq qalacaq”, - Vaşadze seçki qərargahında təşkil edilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, 28 noyabrda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Bülletenlərin 70 faizi sayıldıqdan sonra hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,01 faizlə liderlik edir. Müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 40,99 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası səslərin dəyişəcəyini bildirsə də, qalan bülletenlərin hazırkı mənzərəyə təsir etməyəcəyini deyib.

Mixail Saakaşvili isə seçki saxtakarlığını əsas gətirərək, sosial şəbəkədəki hesabından xalqı itaətsizliyə və müddətsiz dinc aksiyalara səsləyib. O, hansı yolla olursa-olsun, vətənə qayıdacağını da bildirib.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU