28 noy 07:38region

Gürcüstan yeni prezident seçir: kimin namizədi qalib gələcək

Gürcüstan yeni prezident seçir: kimin namizədi qalib gələcəkBu gün Gürcüstanda prezident seçkilərinin II turu keçiriləcək.

Virtualaz.org xatırladır ki, seçkilərdə hakim Gürcü Arzusu Partiyası müstəqil namizəd Salome Zurabişvilini, ölkənin real müxalifət qüvvələri isə Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyir.

Gürcüstan seçkiləri həm Saakaşvili-İvanaşvili, həm də Rusiya-Qərb qarşıdurması kimi xarakterizə olunur.

Odur ki, hamı başlığa çıxarılan sualın cavabını gözləyir.

Yeri gəlmişkən, Gürcüstanın Baş naziri Mamuka Baxtadze noyabrın 27-də keçirdiyi brifinqdə bildirib ki, noyabrın 28-i ölkədə qeyri-iş günü elan edilib: “Mən bütün vətəndaşlarımızı səsvermədə fəal iştirak etməyə, öz qəlblərinin səsinə qulaq asıb, istədikləri namizədə səs verməyə dəvət edirəm”.

M.Baxtadze, eyni zamanda, vətəndaşları qanunun tələblərinə riayət etməyə, qanun pozuntusuna yol verməməyə çağırıb.
XƏBƏR LENTİ
SORĞU