26 noy 15:06region

Qarabağda cinsi zorakılığa məruz qalan erməni əsgərlər...

Qarabağda cinsi zorakılığa məruz qalan erməni əsgərlər...Dağlıq Qarabağda cinsi zorakılığa məruz qalan erməni əsgər İrəvanda xidmət etmək istəyir.

Axar.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş hərbi hissələrində əsgərlərin cinsi istismara məruz qalması Ermənistan ictimaiyyəti arasında ciddi narazılığa səbəb olub.

Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonuna yerləşdirilmiş 75937 nömrəli hərbi hissəsində xidmət edən Rubo adlı əsgərin hərbi hissənin şəxsi heyəti tərəfindən kütləvi şəkildə cinsi istismara məruz qalması faktı geniş müzakirə mövzusuna çevrilib.

Şərhçilər uzun illərdir davam edən cinsi istismarın bu gün də bitmədiyini, belə məsələlərin övladlarını hərbi xidmətə yola salan valideyinləri ciddi narahat etdiyini bildiriblər. Həmçinin, Dağlıq Qarabağda xidmət edən əsgərlərin yaxınları qeyd ediblər ki, İrəvandan olan bir qrup əsgərin valideyini Müdafiə naziri əvəzi David Tonoyana müraciət edərək, övladlarının gələcək həyat və sağlamlıqları üçün zəmanət verilməsini tələb edəcəklər.

Bundan başqa, Ermənistan KİV-də yayılan xəbərə görə, noyabrın 21-də Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə yerləşdirilmiş hərbi hissəsində cinsi zorakılıq hadisəsi ilə bağlı cinayət işi açılıb. İstintaq zamanı faktın gizlədilməsi üçün hərbi polis tərəfindən təcavüzkara məruz qalmış şəxsə qarşı ağır işgəncənin verildiyi məlum olub.

Məhkəmədə təcavüzkara məruz qalmış şəxsin anası oğlunun Ermənistandakı hərbi hissələrdən birinə köçürülməsini tələb etsə də, Ermənistan Müdafiə Nazirliyi bu tələbi rədd edib, əsgərin Qarabağda qalması barədə qərarı dəyişməyib.

Əsgərin vəkili Ayarpi Sərkisyan zorakılıq hərəkətlərinə yol verən zabit və yoldaşlarının hələ də azadlıqda olduğunu deyib:

“İstintaq davam edir. Təcavüz faktı sübut olunarsa, təqsirləndirilən şəxs ən ağır cəzaya layiq görüləcək. Ermənistan Müdafiə Nazirliyi və Qarabağdakı qoşunların komandanlığı heç nə olmamış kimi məsələyə laqeyd yanaşırlar. Müdafiə Nazirliyi çətin vəziyyətdə olan bir əsgərdən xəbərdar deyilsə, onda hansı şəfqətdən danışmaq olar?” – A.Sərkisyan bildirib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU