26 noy 10:10region

Ukrayna ordusu döyüş vəziyyətinə gətirildi – Müharibə başlayır?!

Ukrayna ordusu döyüş vəziyyətinə gətirildi – Müharibə başlayır?! Bu gün Ukrayna Ali Radasının növbədənkənar iclası keçiriləcək.

Ukrayna silahlı qüvvələri döyüş vəziyyətinə gətirilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Ukrayna silahlı qüvvələrinin Baş qərarganı özünün Facebook səhifəsində yazıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları da tam döyüş hazırlığına gətirilib. Onlara Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarının Ukrayna ərazində provakasiya meyllərinin qarşısının alınması tapşırığı verilib.

Ukrayna Ali Radasının sədri Andrey Parubiy xəbər verib ki, bu gün yerli vaxtla saat 16.00-da parlamentin növbədənkənar iclası keçiriləcək.

Qeyd edək ki, gəmilərin ələ keçirilməsi əməliyyatında 3 Ukrayna hərbçisinin yaralandığı deyilir, ancaq bəzi mənbələr yaralananların 6 nəfər olduğunu yazır.
XƏBƏR LENTİ
SORĞU