14 noy 10:45region

Qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olundu

Qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunduMinskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümünə səbəb olma ittihamı ilə noyabrın 12-də həbs olunub.

Report-un məlumatına görə, onun Aleksey adlı Belarus vətəndaşını öldürdüyü üçün həbs olunduğu bildirilir.

Hadisəyə səbəb R. Rəhimovun yerli millətdən olan qız tanışı ilə mübahisəsi, həmin şəxsin isə kənardan müdaxilə edərək qızı ondan ayırması səbəb olub. Azərbaycanlı gənc bunu həqarət hesab edərək belaruslu ilə görüş təyin edib. Təyin olunan görüşdə azərbaycanlı gəncin bir neçə əcnəbi ilə belaruslunu döyərək öldürdüyü bildirilir. Hadisəyə səbəb olan dəstənin bütün üzvləri saxlanılsa da, azərbaycanlı tələbədən başqa digərləri sərbəst buraxılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU