12 noy 13:01region

Gürcüstanda prezidentliyə namizəd ölümlə təhdid olunur

Gürcüstanda prezidentliyə namizəd ölümlə təhdid olunur Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili özününü və ailəsinin “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri tərəfindən təhdidlərə məruz qaldığını deyib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o 9 noyabrdan 11 noyabr tarixinə qədər ünvanına gələn təhdidlərdən danışıb.

“Təhlükə realdır, həmin təhdidləri göndərənlər məlumdur. Onlar “Vahid Milli Hərəkat” partiyası ilə əlaqəli olan keçmiş hərbçiləridr”-deyə Zurabişvili “Rustavi 2” telekanalına açıqlamasında deyib.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 2-də baş tutacaq.
XƏBƏR LENTİ
SORĞU