06 noy 12:27region

İran raketləri bu limanları məhv etmək gücündədir - ABŞ

İran raketləri bu limanları məhv etmək gücündədir - ABŞABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığın (CENTCOM) Fars körfəzində İrana qarşı ABŞ ordusunun sayının artırılmasıyla bağlı istəyinə rədd cavabı verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb. Məlumata görə, CENTCOM Pentaqondan özəlliklə Fars körfəzinə 1 ədəd təyyarədaşıyan gəmi göndərməsini istəyib. CENTCOM bu istəyini ABŞ hərbi kəşfiyyatının İranın Tramp administrasiyasının sanksiyalarına qarşı hansı reaksiyanı verəcəyi ilə bağlı məlumatının olmaması ilə izah edib.

Mərkəzi Komandanlığı hazırda ən çox narahat edən məqamın İranın Fars körfəzində gəmilərin hərəkətinə məhdudiyyətlər yaratmaq imkanına sahib olması göstərilir.

“Tehranın 1000-ə yaxın kateri var. Bu sayla bir neçə gün ərzində lazım olan akvatoriyanı minalamaq mümkündür. Bəhreyndə ABŞ və Britaniya gəmiləri var, amma bunları operativ tapşırıqları icra etmək üçün istifadə etmək mümkün deyil. Belə ki, gərginlik yaranacağı zaman ilk növbədə İranın sahil ərazilərində yerləşən hava hücumundan müdafiə sistemlərindən müdafiə olunmaq lazımdır. Üstəlik, bu ərazilərdə olan ballistik raketlər qonşu ölkələrdəki limanlar və aerodromları məhv etmək gücündədirlər”.
loading...
XƏBƏR LENTİ
SORĞU