05 noy 11:52region

Qaşıqçının övladları Türkiyəyə köçür: “Bu məsələdən əl çəkməyəcəyik”

Qaşıqçının övladları Türkiyəyə köçür: “Bu məsələdən əl çəkməyəcəyik”Atamızın cəsədi bizə verilməmiş ailəmiz yas tutmayacaq və bu məsələni qapatmayacaq.

Bu sözləri Səudiyyə Ərəbistanı İstanbul konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının 35 yaşlı oğlu Salah və 33 yaşlı oğlu Abdulla Qaşıqçı CNN kanalına bildirib.

Atalarını cəsarətli, mərd və cəsur şəxs kimi qiymətləndirən qardaşlar bildiriblər ki, onların əsas istəyi atalarını Mədinədəki Əl-Baqi məzarlığında, ailənin digər üzvlərinin yanında dəfn etməkdir.

“Səudiyyə rəsmiləri ilə danışdıq. Ümid edirəm ki, ən qısa zamanda bunu həyata keçirə biləcəyik” - jurnalistin oğlu Abdulla Qaşıqçı bildirib.

Jurnalistin digər oğlu Salah isə deyib ki, hamı kimi atası ilə bağlı informasiyaları mətbuatdan izləyir: “İnsanlar bizdə suallara cavab olduğuna inanır. Təəssüf ki, bizdə cavab yoxdur”.

Salah eyni zamanda bildirib ki, atasının övladlarına və nəvələrinə yaxın olmaq üçün Vaşinqtondan Türkiyəyə köçmək niyyətindədir.
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU