29 okt 07:26region

Seçkilər II tura qalır, Saakaşvilinin dəstəklədiyi namizədə dəstək artır

Seçkilər II tura qalır, Saakaşvilinin dəstəklədiyi namizədə dəstək artırGürcüstanın sabiq xarici işlər naziri, "Gürcüstan yolu" partiyasının lideri Salome Zarubişvili seçicilərin 40, 05; müxalifətin yaratdığı "Güc Birlikdədir" blokunun adayı Qriqol Vaşadze 37,93 faizinin səsini alıb.

Bu barədə səsvermədə keçərli olan büllütenlərin 13,82 faizinin hesablanmasından sonra Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Müşahidəçilərin fikrincə, nəticələrin bu nisbətdə davam etməsi Gürcüstan prezidentini ilk turda müəyyənləşdirməyəcək və qonşu ölkənin dövlət başçısının adı II turda məlum olacaq.

Bu arada "Avropa Gürcüstanı- Azadlıq uğrunda Hərəkat" partiyasının səsvermədə yenilgisini qəbul etmiş namizədi David Bakradze bəyan edib ki, əgər seçkilər ikinci tura qalarsa, o, Q.Vaşadzeni dəstəkləyəcək.

***

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini elan etməyə başlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, 3703 seçki məntəqəsindən 16-nın artıq nəticələri elan edilib.

Müstəqil namizəd olan xanım Salome Zurabişvili liderlik edir.

Müxalifət nümayəndələri isə hesab edir ki, MSK bilərəkdən Zurabişvilinin qalib gəldiyi məntəqələri açıqlayır.
XƏBƏR LENTİ
SORĞU