26 okt 07:00region

ABŞ Türkiyəni hədələdi - Rusiyadan C-400 raketini alsanız ...

ABŞ Türkiyəni hədələdi - Rusiyadan C-400 raketini alsanız ...Bu informasiyanı ABŞ Dövlət Departamentinin rəsmisi yayıb.

Türkiyənin Rusiyadan C-400 zenit-raket komplekslərinin alınması planı bizi çox narahat edir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu informasiyanı ABŞ Dövlət Departamentinin rəsmisi yayıb.

Onun sözlərinə görə, ABŞ Türkiyəyə xəbərdarlıq edib ki, belə addım atılacaqsa, bunun ciddi nəticəsi kimi rəsmi Ankaraya sanksiya tətbiq edilə bilər: "Bu bazarlıq NATO sammitinin Varşavada keçirilən iclasında üzvlərin qəbul etdikləri öhdəçiliklərə ziddir".

Xatırladaq ki, Ankara ilə Moskva C-400-ün Türkiyəyə göndərilməsi haqda müqavilə 2017-ci ildə bağlanıb. Vaşinqton dəfələrlə bu müqaviləyə qarşı çıxıb və hətta Türkiyəni hədələyib ki, alınması üçün pulu ödənilən F-35 qırıcılarını bu ölkəyə verməyəcək.

Prezident Ərdoğan isə cavab olaraq Beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcəyini demişdi.

Ankaranın xahişinə görə, raketlərin Rusiyadan ilk partiyası 2019-cu ildə Türkiyəyə təhvil verilməlidir, ancaq müqaviləyə görə bu tarix 2020-ci ilin əvvəlinə təyin edilmişdi.
loading...
XƏBƏR LENTİ
SORĞU