24 okt 13:50region

Paşinyandan Qarabağ açıqlaması: Məsuliyyət daşımıram

Paşinyandan Qarabağ açıqlaması: Məsuliyyət daşımıramMən Dağlıq Qarabağa görə məsuliyyət daşımıram.

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mən Ermənistan adına görə məsuliyyət daşıyıram. Dağlıq Qarabağda danışıqlar aparmaq səlahiyyətinə sadə bir səbəbə görə malik deyiləm. Bu da Qarabağ xalqının Ermənistan hakimiyyətinin formalaşmasında iştirak etməməsidir. Bu o demək deyil ki, Paşinyan danışıqlarda iştirak etməyəcək. Mən bunu Ermənistan adından edəcəyəm”, – deyə o bildirib.

O, Qarabağ konfliktinin həllinin uzaqda olduğunu deyib.

Paşinyan Qarabağla xalqdan gizli razılaşma əldə olunacağına dair iddiaları da təkzib edib.
XƏBƏR LENTİ
SORĞU