22 okt 07:08region

İran saytında Güney Azərbaycan bayrağı - FOTO

İran saytında Güney Azərbaycan bayrağı - FOTOİranın rəsmi xəbər agentliklərindən biri Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağını dərc edib.

Axar.az xəbər verir ki, bayrağın fotosu İranın İdman və Gənclər Nazirliyinə bağlı olan “Borna” agentliyində dərc edilib.

Maraqlı məqam odur ki, görüntü “Flag_of_South_Azerbaijan” (Güney Azərbaycan bayrağı) adı ilə saxlanılıb.

Sözügedən olay güneyli soydaşlarımız tərəfindən maraqla qarşılanıb.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU