16 okt 07:38region

«Səudiyyəli jurnalist öldürülüb, meyiti kimyəvi turşuda «həll» edilib!»

«Səudiyyəli jurnalist öldürülüb, meyiti kimyəvi turşuda «həll» edilib!»Türkiyənin «XəbərTürk» telekanalı xəbər verir ki, sözügedən kanal Səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda yoxa çıxması barədəki versiyalardan birini əldə edə bilib.

Qeyd olunur ki, hüquq-mühafizə xidmətlərinin apardığı təhqiqatın gedişində mütəxəssislər daha çox jurnalistin öldürülməsi versiyasına üstünlük verirlər. Bildirilir ki, bu təqdirdə, cinayətkarlar guya, izləri itiirmək məqsədilə, cinayət qurbanının meyitini kimyəvi turşuda «həll edə» bilərdilər.

Telekanalın məlumatına görə, əvvəlcə bu versiya polisə fantastik görünsə də sonradan əldə olunan yeni dəlillər bu ehtimalı təsdiqləyib.
XƏBƏR LENTİ
SORĞU