10 sen 12:24region

Türkiyə ASO-ya əmr verdi: Hazır ol

Türkiyə ASO-ya əmr verdi: Hazır olTürkiyə Silahlı Qüvvələri Suriyanın Afrin, Azez, Cerablus, Əl-Bab və Çobanbəy bölgələri istiqamətindəki Azad Suriya Ordusu döyüşçülərinə hazırlıq əmri verib.

Axar.az xəbər verir ki, İdlibdə gərginləşən vəziyyət fonunda TSQ-nın sərhəd bölgəsindəki zirehli texnika və tank sayı da ikiqat artırılıb.

“Fərat qalxanı”, “Zeytun budağı” və İdlib xəttindəki türk əsgərinin sayı 30 mini keçib. Strateji əhəmiyyətli bölgələrə artilleriya birləşmələri cəlb olunub.

TSQ Yayladağı və Atme arasındakə ərazidə sərhəd qalxanı yaradıb. “Fərat qalxanı” və “Zeytunu budağı” əməliyyatlarında iştirak edən birləşmələr İdlib sərhədinə göndərilib. ASO-ya “hazır ol” əmri verən Türkiyə həmçinin yaraqlılardan döyüşçü sayı, silah və ləvazimat miqdarı kimi detallarla bağlı hesabat hazırlamasını istəyib.

Qeyd edək ki, “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində yaradılan Milli Ordu nəzdində ASO-nun 30 min döyüşçüsü mövcuddur. Bunların 10 mini sözügedən bölgədə saxlanılıb, 20 mini İdlib istiqamətində göndəriləcək.
XƏBƏR LENTİ
SORĞU