06 sen 12:27region

İrandan nüvə xəbərdarlığı: “Daha sərt şəkildə...”

İrandan nüvə xəbərdarlığı: “Daha sərt şəkildə...”İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi nüvə anlaşmasının təsirini itirəcəyi halda, fəaliyyətlərin daha sərt şəkildə davam etdiriləcəyini bildirib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, İranın dövlət televiziyasına açıqlama vermiş Kamalvəndi ölkəsinin əvvəlkinə nisbətən daha yaxşı nüvə potensialına malik olduğunu qeyd edib.

ABŞ-ın nüvə anlaşmasından çəkildikdən bir ay sonra İranın dini lideri Əli Xamnəyi ölkənin Atom Enerji Qurumuna uranın artırılmasına təsir edəcək 190 min “SWU” istehsalı əmri vermişdi.

Qeyd edək ki, əvvəlki həftə Beynəlxalq Atom Enerjisi Agentliyindən verilmiş məlumata görə, İranın nüvə anlaşmasının şərtlərinə uyduğunu vurğulamışdı.
XƏBƏR LENTİ
SORĞU