11 avq 16:08region

Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi

Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdiErmənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa səfər edib.

Axar.az xəbər verir ki, bu barədə qondarma Qarabağ rejimi rəhbərinin Mətbuat Xidməti məlumat yayıb.

Vanetsyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun İrəvanla qondarma rejim arasındakı münasibətlər olduğu bildirilib.

Qeyd edək ki, son günlər Ermənistanın yeni hökuməti Qarabağ klanına qarşı təzyiqlərini gücləndirib. Artıq Qarabağ klanının əsas liderlərindən biri olan Robert Köçəryan həbs edilib və digər üzvləri barədə araşdırmalara start verilib. Klanın digər lideri olan Ermənistanın eks-prezidenti Serj Sərkisyan isə bir müddət İtaliyada dincəldikdən sonra İrəvana, oradan isə birbaşa Xankəndinə gəlib.
XƏBƏR LENTİ
SORĞU