02 avq 10:51region

İsraildən böyük təhdid: İran bu boğazı bağlasa...

İsraildən böyük təhdid: İran bu boğazı bağlasa...İran Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını bağlamağa çalışsa, qarşısında çox güclü hərbi koalisiya görəcək.

Axar.az xəbər verir ki, bunu Hayfadakı hərbi bazalardan birində çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, İrana qarşı yaradılacaq koalisiyanın tərkibində İsrail də olacaq.

Qeyd edək ki, bundan öncə husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki neft tankerinə hücum təşkil etmişdilər. Hücumdan sonra Ər-Riyad Bab əl-Məndəb boğazını bağlamışdı. Sonradan açıqlama yayan İran Qüds Briqadasının komandanı Qasım Süleymani artıq Qırmızı dənizin ABŞ üçün təhlükəsiz olmadığını bildirmişdi.
loading...
XƏBƏR LENTİ
SORĞU