31 iyl 11:55region

Koçaryanın hansı həbsxanada saxlanılması gizlədilir

Koçaryanın hansı həbsxanada saxlanılması gizlədilirErmənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilmiş keçmiş prezident Robert Kocharyanın vəkilləri həbs-qətimkan tədbiri qərarından Apellyasiya Məhkəməsinə şikayəti iyulun 31-də təqdim edəcəklərini bildiriblər.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq” radiosuna Kocharyanın vəkili Aram Orbelyan verib. Bununla belə vəkil şikayətin hansı əsaslar üzərində qurulduğu barədə şərh verməkdən imtina edib. Orbelyan deyib ki, məhkəmə bu şikayətə bu həftə ərzində baxmalıdır.

Xatırladaq ki, üç gün əvvəl məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Qanuna görə, dövlət keçmiş prezidentin təhlükəsizliyini təmin etməlidir.

Ədliyyə rəsmiləri Koçaryanın başqa məhbuslarla eyni şəraitdə saxlandığını bildirirlər. Lakin onun hansı cəzaçəkmə müəssisəsində olduğu bildirilmir.

Bu da xəbər verilir ki, ombudsman Arman Tatoyan ikinci prezidentə “Yerevan-Kentron” təcridxanasında baş çəkib və Kocharyanın saxlanma şəraitindən şikayəti olmadığın deyib:

“Qanunvericilik keçmiş prezidentlər üçün cəzaçəkmə müəssisələrində hər hansı imtiyazları nəzərdə tutmur”.
XƏBƏR LENTİ
SORĞU