28 iyl 10:51region

Robert Köçəryan həbs olundu

Robert Köçəryan həbs olunduCümə günü Yerevanda məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı 2008-ci ilin mart ayının 1-də etiraz aksiyasının dağıdılması işi üzrə həbs edib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Köçəryanın vəkili Aram Orbelyan deyib.

“Məhkəmə həbs qətimkan tədbiri barədə qərar çıxarıb. Başqa heç nə deyə bilmərəm. Yerdə qalan informasiyanı sabahkı mətbuat konfransında səsləndirəcəyik”, - müdafiəçi qeyd edib.

Köçəryanın digər vəkili Ruben Saakyan deyib ki, hələlik onun müvəkkilinin hara aparılacağı məlum deyil. Onun hüquq-mühafizə orqanlarının ixtiyarına verilməsinin rəsmiləşdirilməsi proseduruna başlanıb. Saakyan qeyd edib ki, Köçəryan məhkəmənin qərarını sakit qarşılayıb.

Köçəryanın özü ittihamları qurama siyasi izlənmə hesab edir. Keçmiş prezidentin fikrincə, bu növbədənkənar parlament seçkiləri ərəfəsində onun siyasi proseslərdə iştirakını məhdudlaşdırmaq istəyi ilə əlaqədar ola bilər.
XƏBƏR LENTİ
SORĞU