24 iyl 13:36region

Hindistandan İrana ağır zərbə

Hindistandan İrana ağır zərbəHindistan 2017-2018-ci ildə İrandan neft idxalını təxminən 25 faiz azaldıb.

Axar.az xəbər verir ki, ötən il cənub qonşumuzdan 13.04 milyon ton neft alan Hindistanın bu göstəricisi cari ildə 9.8 milyon tona qədər geriləyib.

Hindistan Neft naziri Dharmendra Pradxanın parlamentə təqdim etdiyi hesabata görə, Hindistan özünün neft ehtiyacını ödəmək üçün daha çox İraqa üz tutub. Elə İrandan azalan neft idxalı da İraq neftinin hesabına konpensasiya edilib.

Xatırladaq ki, rəsmi Vaşinqton müttəfiq ölkələrdən 4 noyabra qədər İrandan neft idxalını dayandırmasını tələb edib.
loading...
XƏBƏR LENTİ
SORĞU