19 iyl 12:47region

Yaponiya da İrandan imtina edir

Yaponiya da İrandan imtina edirYaponiyanın neft şirkətləri İrandan neft idxalının dayandırılmasını nəzərdən keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Nikkey” qəzeti yayıb. Artıq idxalın dayandırılmasıyla bağlı ABŞ-ın JXTG Holdinq, “İdemitsu Kosan” və digər neft şirkətlərinə xəbərdarlıq məktubu göndərdiyi də vurğulanır.

Bununla əlaqədar olaraq Yaponiyanın xarici işlər və iqtisadiyyat nazirlikləri ABŞ-la danışıqlara başlayıb.

Qeyd edək ki, bundan öncə Hindistan da öz şirkətlərinə İrandan neft idxalının dayandırılması imkanlarını nəzərdən keçirməyi tapşırmışdı.
loading...
XƏBƏR LENTİ
SORĞU