05 iyl 10:09region

SEPAH-dan şok: Hörmüz boğazını bağlayacağıq

SEPAH-dan şok: Hörmüz boğazını bağlayacağıqİran İslam İnqilabı Keşikçilər Korpusu digər ölkələrin neft daşımalarına mane olmaq üçün Hörmüz boğazını bağlamağa hazırdır.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında SEPAH komandanının müavini İsmayıl Kusari deyib.

“Əgər İran neftinin ixracı dayandırılsa, biz digər ölkələrin də Hörmüz boğazından neft daşımasına izn verməyəcəyik. Bu ərazidən dünya neftinin 20%-i, Fars körfəzində hasil edilən neftin hamısı daşınır. Dünyanın bu neftə ehtiyacı var. ABŞ özünün düşmənçilik fəaliyyətinə görə ağır bədəl ödəyəcək”, - o bildirib.
XƏBƏR LENTİ
SORĞU