03 iyn 12:05region

Adnan Oktar: "Allah ayrı-seçkilik edərək ruhları geri döndərə bilir"

Adnan Oktar: "Allah ayrı-seçkilik edərək ruhları geri döndərə bilir""Xristianlar üçün deyil, amma müsəlmanlar üçün Allah ayrı-seçkilik edərək ruhları geri döndərə bilir".

Publika.az xəbər verir ki, bu sözləri türkiyənin "A9" telekanalının sahibi, özünü ilahiyyatçı kimi tanıdan Adnan Oktar canlı yayımda çıxışı zamanı dilə gətirib. O bildirib ki, ruhların öldükdən sonra geri qayıtması hədislərimizdə də bildirilib:

"Allah müsəlmanları və yaxşı əməl sahiblərini bəzən bu cür mükafatlandıra bilir. Onların ruhlarını öldükdən sonra ailələrinin yanına geri göndərir. Bəzən insanlar kimlərinsə onların gözlərinə göründüyünü deyərək, həkimə müraciət edirlər. Amma bu xəstəlik deyil. Onlar həqiqətən ruhları görmüş olurlar. Bunun müalicəsi yoxdur. Əgər o ruh sənin onu görməni istəyərsə, sən yenidən onu görəcəksən. Bu xristianlarda çox nadir hallarda görünən bir məqamdır. Xüsusilə müsəlmanlarda müşahidə edilir. Yaxşı əməl sahiblərində. Digər günah sahibi insanlar onsuz da cəhənnəmə göndərilirlər".
loading...
XƏBƏR LENTİ
SORĞU