31 may 15:21region

Türkiyə Menbici nəzarətə almalıdır - Politoloq

Türkiyə Menbici nəzarətə almalıdır - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Türkiyədə seçkilərə sayılı günlər qaldıqca PKK terror təşkilatı fəallaşıb. Hər gün Türkiyə Silahlı qüvvələrinə qarşı ölkənin cənub-şərqində terror hücumları təşkil edir. PKK terror təşkilatının əsas lojistik dəstəyi olan Suriyada YPG terror təşkilatına qarşı Türkiyənin qətiyyətli hərbi əməliyyatları oldu və Afrini nəzarətə götürdü.

Pkk-nın Türkiyə daxilində terror hücumlarını artırması seçkilərə hədəflənib. Hər gün Türk əsgəri PKK-nın hücumuna məruz qalır və şəhid verir. PKK hazırda Menbicdə ABŞ nəzarətində olan YPG tərəfindən silahla təmin edilir və burada təlim keçərək Türkiyə daxilinə sızırlar. Məqsəd seçkilərdə Türkiyədə vəziyyəti qarışdırmaqdır. Təbii ki, Türkiyə PKK-nın bu terroruna qarşı əməliyytalar aparır və ciddi itkilərə məruz qoyur. Menbic Türkiyə tərəfindən nəzarətə götürülməyincə, PKK-nın zəifləməsi olmayacaq. Artıq, PKK-nın mərkəzi Qandil deyil, Menbicdi. Türkiyə, ABŞ-la razılaşmalı və Menbici nəzarətə almalıdır.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU