23 may 11:30region

Erməni ordusunun hərbçisi öldürüldü

Erməni ordusunun hərbçisi öldürüldüErmənistanın cənub-qərb hissəsində yerləşən hərbi hissələrindən birində bir hərbçi ölüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, aldığı güllə yarasından hərbi postda ölən Martin Xaçaturyanın cəsədi 22 may saat 13:30-da tapılıb.

Xaçaturyanın orduya Gümrüdən çağırıldığı açıqlanıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, mayın 20-də ermənilərin Naxçıvan istiqamətində törətdiyi təxribatın qarşısını alarkən Ordumuzun əsgəri Adil Əli oğlu Tatarov şəhid olan gün Qarabağda 1999-cu il təvəllüdlü erməni əsgər Norayr Hamletoviç Qriqoryan aldığı güllə yarasından ölmüşdü.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU